RU

Universitetlə tikinti şirkəti arasında torpaq sahəsinə görə qalmaqal

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Slavyan Universiteti iddia edir ki, “Mahal” tikinti şirkəti universitetinin Binəqədi rayonu ərazisində yerləşən 3 saylı yataqxanasının ərazisini zəbt edib.

Bizimyol.info xəbər verir ki, universitet rəhbərliyi tikinti şirkətini məhkəməyə verib. İddia ərizəsində göstərib ki, şirkət Bakı Slavyan Universitetinin balansında olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt edib, orada dayanacaqlar inşa etməyə cəhd edir. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, tikinti şirkətinin əməkdaşları qanunsuz hərəkətlərinə son qoymur. Pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb, bu səbəbdən məhkəməyə üz tutduqlarını bildiriblər.

Universitetin iddia tələbi budur ki, qarşı tərəf ona aid torpaq sahəsindən çıxarılsın. Bundan başqa, mübahisəli sahədəki tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, 2302 kvadrat metr torpaq sahəsində yerləşən, 3223.3 kvadrat metrlik tikinti sahəsindən ibarət 3 saylı yataqxana binası Bakı Slavyan Universitetinin balansındadır. Yataqxananın yaxınlığında tikinti şirkəti tərəfindən çoxmənzilli yaşayış binası inşa edilib.

Tərəflər arasındakı mübahisəyə Binəqədi Rayon Məhkəməsində baxılıb. Hadisə yerinə baxış keçirilib, ekspertlər rəy verib.

Yeri gəlmişkən, Elm Və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti də müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində bu məhkəmə prosesinə cəlb olunub.

Məhkəmə belə nəticəyə gəlib ki, tikinti şirkətinin dayanacaq kimi inşa etdiyi hissə zəbt olunmayıb. Lakin Bakı Slavyan Universiteti bu nəticə ilə razılaşmır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
2
bizimyol.info

3Источники