RU

Daxili ipoteka krediti ilə 22 ilədək mənzil sahibi olma imkanı

Xalq Bank müştərilərinə daxili vəsaiti hesabına sərfəli ipoteka krediti təklif edir.

Finss.az xəbər verir ki, yeni mənzil sahibi olmaq istəyənlər bu məhsul çərçivəsində 250 000 AZN-dək məbləğdə, 22 ilədək müddətli ipoteka krediti əldə edə bilərlər. İllik faiz dərəcəsi 11-13% aralığında müəyyən edilir. Kreditdən yararlanmaq üçün alınacaq əmlakın dəyərinin minimum 30%-i ilkin ödəniş olaraq tələb olunur.

Bankın daxili ipoteka məhsulu, xüsusilə uzunmüddətli və münasib şərtlərlə ev sahibi olmaq istəyənlər üçün əlverişli imkanlar təqdim edir.

Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/ipoteka

Fuad Mədətov
Finss.az

Избранный
18
fins.az

1Источники