RU

Yol Polisi istifadəyə yararsız ət məhsulunun dövriyyəsinin qarşısını alıb

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşənstasionar postunda xidmət aparan YPX əməkdaşları tərəfindən“Mercedes” markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlamanəticəsində yük yerində təxminən 600 kiloqram toyuq ətiaşkarlanıb.

Trend Daxiliİşlər Nazirliyinə istinadən xəbər verir ki, araşdırma zamanıməhsulun müşayiətedici sənədlərinin olmaması, eləcə də qablaşdırma,daşınma və saxlanma qaydaları kobud şəkildə pozulması müşahidəolunub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhəyaradıb.

Aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvilverilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların həyat vəsağlamlığını təhlükəyə atan halların qarşısının alınmasıistiqamətində nəzarət tədbirlərini davam etdirir.

Qida məhsullarının daşınması zamanı sanitar-gigiyenik normalaravə hüquqi tələblərə əməl olunması insanların sağlamlığı baxımındanxüsusi əhəmiyyət daşıyır. Bu sahədə baş verən pozuntular ciddinəticələrə səbəb ola bilər.

Избранный
2
26
az.trend.az

10Источники