Türkiyəli fenomen Danla Biliç qatıldığı proqramda estetik əməliyyata nə qədər pul xərclədiyini açıqlayaraq hərkəsi şoka salıb.
Medicina.az xəbər verir ki, makiyaj videoları ilə fenomenə çevrilən Danla Biliç bu illər ərzində böyük dəyişikliklər edib.
Dəfələrlə estetik əməliyyat keçirən Biliç bu yaxınlarda göbəyindəki dolğuları əridib.

Fenomen göz, sinə, dodaq, burun, bud kimi əməliyyatlar üçün bıçağın altına girib.
Məşhur fenomen gözəl görünmək üçün nə qədər pul verdiyini açıqlayıb.
''Omba düzəltmək üçün 70 min dollar verdim', deyən Biliç, göz əməliyyatının çox bahalı olduğunu etiraf edib.
"Sinə əməliyyatı da bahadır, iki dəfə etdirmişəm”.
O, ümumilikdə 300 min dollar xərclədiyini deyib.



Aygün
Medicina.az