RU

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə!

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMCtərəfindən yaradılmış “SİMA KYC” rəqəmsal həlli İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyinin rəqəmsal məhsulu olan “digital.login”vahid giriş sisteminə inteqrasiya edilib.

Artıq digital.login-də qeydiyyatdan keçən yeni istifadəçilərinmüraciətləri SİMA KYC tərəfindən anında təsdiqlənəcək. Belə ki,digital.login.gov.az saytında identifikasiya nömrəsi ilə qeydiyyatzamanı vətəndaş ilkin olaraq şəxsiyyət vəsiqəsinin FİN kod vəseriya nömrəsini daxil edir, ardınca vətəndaşın üzünün videoqeydiyyatı aparılır, daha sonra şəxsiyyət vəsiqəsinin şəkliyüklənilir. Bundan sonra müraciət “SİMA KYC” rəqəmsal həlli iləverifikasiya (üztanıma testi) aparılır.

Bununla da “digital.login”də videoqeydiyyat prosesində “SİMAKYC”nin süni intellekt texnologiyası tətbiq olunmaqla, vətəndaşmüraciətlərinin anında cavablandırılması təmin edilir.

Qeyd edək ki, inteqrasiyanın məqsədi “digital.login” sistemindəvətəndaşların şəxsi kabinetlərinin təhlükəsizliyinin artırılması,eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

“SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpürolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldəetmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləməküçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC”ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəngmərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Xatırladaq ki, əlavə olaraq “digital.login” vahid girişsisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaqmümkündür. Bunun üçün “SİMA İmza”tətbiqini smartfona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.

Избранный
293
9
az.trend.az

6Источники