"Səbail"in qapıçısı Hüseynəli Quliyev gələcək karyerası ilə bağlı hələki qərar verməyib.
Bu barədə futbolçunun özü Operativ Media-ya açıqlamasında bildirib.
O, seçim edərkən tələsmək istəmədiyini bildirib.
"Gələcək karyeramla bağlı hələ bir şey bilinmir. "Səbail" rəhbərliyi ilə görüşümüz olacaq. Ondan sonra qərarımı verəcəm. Seçim edərkən tələsmək istəmirəm".
O, transfer təkliflərindən də danışıb.
"Transfer işləri ilə menecerim məşğul olur. Hər hansı bir təklif olarsa mənə xəbər edəcək".
Qeyd edək ki, "Səbail" gələn mövsüm Azərbaycan I Liqasında çıxış edəcək.