BAKI, 13 iyun. TELEQRAF
Türkiyənin turizm bölgəsi olan Alanyada, "Asrin Beach” otelində yanğın baş verib.
Teleqraf xəbər verir ki, məlumatı IHA agentliyi yayıb.
622 qonaq təxliyə edilib, 3 astma xəstəsi isə tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Yanğın iyunun 13-nə keçən gecə otelin saunasının və camaşırxananın yerləşdiyi zirzəmisində baş verib. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Hadisə yerinə 10 yanğınsöndürən briqadası və təcili tibbi yardım maşını gəlib. Xilasedicilərin koordinasiyalı tədbirləri nəticəsində bir saat ərzində yanğın tamamilə söndürülüb, bütün qonaqlar binadan təhlükəsiz şəkildə təxliyə olunub.
Alanya Bələdiyyə Başçısı Osman Tarık Özçelik sosial mediada X qeyd edib: “Yanğınsöndürənlər yanğın vəziyyətinə tez və koordinasiyalı şəkildə reaksiya verdilər”.