RU

Nazilə türk aktyorun xanımını TƏHQİR ETDİ: “Kişilər görsün ki, öpüşə bilirsən?!” – VİDEO

Şairə Nazilə Səfərli “Uzak Şehir”in Cihanı Ozan Akbabanın xanımı Buket Akbabanı təhqir edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, instaqramda video paylaşıb.

Nazilə ötən gün yayılan aktyorla xanımının öpüşdüyü videodan danışıb:

“Ozan Akbabanın xanımı canımı boğazıma yığıb. Yaxşı oğlandır, aktyordur, 40 ildə bir dəfə zirvəyə çıxıb, serial izlənilir, rol oynayır. Xəta olub, serialda tərəf müqabilini öpüb. Öpüşmə səhnəsinə çəkilib. İndi peşmanıq, sosial şəbəkələrə girə bilmirik, hansı platformanı açırsan, Ozanla xanımının öpüşmə videosu var.

Evinizdə öpüşməyə guşəniz yoxdur? Gərək camaata göstərəsən, başqa kişilər də görsün ki, öpüşə bilirsən? Kimə pas ötürürsən? Yemədik? Bayquş, güzgüyə bax, gör nəyə oxşayırsan... O cür xarizmatik, yaraşıqlı oğlanı tapmısan. Aktyordur, gedib öpüşmə səhnəsinə çəkilir, aldığı maaşı da sənə verir. Kənardan pis görünür. Bəsdir.

İmkan ver, ərin şöhrət yaşasın, fəxr elə. İndiyə qədər çox rolda çəkilib, amma populyarlaşır deyə, qıcıqlanırsan. Evində otur, işini gör, balalarına bax ki, ərin də nigaran qalmasın. Evdə görüləsi işi çöldə, çöldə görüləsi işi evdə görməyin.

Əsəbiləşirəm, gör, gül kimi oğlanlar kimlərə qismət olur”.

Sara, Bizim.Media

Избранный
55
3
bizim.media

4Источники