RU

CAR-da sərt hava şəraiti: azı 57 nəfər ölüb

Bakı. Trend:

Cənubi Afrika Respublikasında (CAR) son üç gündə qar, leysan vədaşqınlarla müşayiət olunan sərt hava şəraiti nəticəsində azı 57nəfər həyatını itirib.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə,ölənlərin əksəriyyəti Şərqi Keyp əyalətindəndir.

Məlumata görə, təcili xidmət nümayəndələrinin sözlərinə əsasən,təbii fəlakət nəticəsində itkin düşənlər də var. Regionda tüğyanedən qasırğa nəticəsində Şərqi Keyp və Kvazulu-Natal əyalətlərindəminlərlə ailə evsiz qalıb, 150-dən çox məktəbə ziyan dəyib.

Qeyd edək ki, həftənin əvvəlində Cənubi Afrika Respublikasısoyuq hava kütlələrinin təsirinə məruz qalıb. Gecə saatlarında bəzirayonlarda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.Sinoptiklər bu il ölkədə son dövrlərin ən sərt qışının keçəcəyibarədə xəbərdarlıq edirlər.

Избранный
18
5
az.trend.az

7Источники