RU

11 bloger saxlanıldı, 8-i axtarışa verildi - Türkiyədə

Türkiyədə müxtəlif sosial media platformalarında özlərini bloger kimi təqdim edən 11 nəfər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar kiberdələduzluqda ittihamolunurlar.

Məlumata görə, Kiber Cinayətlərlə Mübarizə Şöbəsi əməkdaşları tərəfindən saxlanılan Tolunay Ören, Eray Can Özkenar, Ferhat Can Dama, Kamal Can Parlak, Ömer Faruk Karataş, Mert Kancefer, Furkan Burak Bayrak, Duru Batır, Necati Akçay, Ferit Karakaya və İsa Aktaşın ifadələri alınıb: "Onlar prokurorluqda ifadələrinin alındığı İstanbul Ədliyyəsinə göndərilib. Məhkəmə araşdırması zamanı yüksək izləyicisi olan bu şəxslərin “Twitch”, “YouTube”, “Instagram” və “TikTok” yayımlarında “Key Drop” adlı sat vasitəsiləq anunsuz oyunlar təşkil etməklə qazanc əldə ediblər: "Beləliklə, qumar oyyunlarında ittiham olunan bolgerlər haqqında həbs tədbiri seçilib. Araşdırma davam edir"

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
50
2
mia.az

3Источники