RU

"Real"da yeni transfer üçün imza mərasimi

style='margin-bottom:10px;'>

"Real" yeni transferi Trent Aleksandr-Arnold üçün imza mərasimi təşkil edib.

QOL.az xəbər verir ki, tədbirdə futbolçunun ailəsi və "Real"ın prezidenti Florentino Peres iştirak edib.

İngiltərə millisinin də üzvü olan 26 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayın kimi nəzərdə tutulan müqavilə imzalanıb. 

Qeyd edək ki, Trent 2016-cı ildən etibarən "Liverpul"un əsas komandasında çıxış edirdi. O, Mersisayd klubunun heyətində iki dəfə İngiltərə çempionu olub, bütün daxili kubokları, FIFA klublararası dünya çempionatını və UEFA Çempionlar Liqasını qazanıb.

Избранный
106
19
teleqraf.com

10Источники