Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin çoxu Hindistan vətəndaşıdır.
Bizim.Media xəbər verir ki, bu barədə "Air İndia" aviaşirkəti rəsmi “X” hesabında məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində ölənlərdən 169-u Hindistan, 53-ü Böyük Britaniya, 7-si Portuqaliya, 1-i Kanada vətəndaşıdır.
Xatırladaq ki, bu gün Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Əhmədabaddan Londona uçan "Air İndia" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 230 sərnişin və 12 ekipaj üzvü olub.
Günay Şahmar, Bziim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта