RU

250 sərnişini olan təyyarə QƏZAYA UĞRADI – VİDEO

Hindistanda Londona uçan “Air India” aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner sərnişin təyyarəsi qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Cümə axşamı, iyunun 12-də Hindistanın Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Təyyarə yaşayış massivinə düşüb.

NDTV-nin məlumatına görə, qəza yerinin üzərində qalın tüstü sütunu qalxır.

Təyyarənin növü və mümkün qurbanlar barədə məlumat hələ dəqiqləşdirilir.

Təyyarədə 250 sərnişin olub.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
52
2
interpress.az

3Источники