“Zirə” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
AFN.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.
Həmçinin İsmayıl İbrahimli də transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən "Qarabağ"ın sabiq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.