Bakı. Trend:
Cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasındadünya çempionatına dəvət alıb.
Bu barədə Trend-ə Azərbaycan Cüdo Federasiyasından məlumatverilib.
Bildirilib ki, 13-20 iyun tarixlərində Macarıstanın paytaxtıBudapeştdə keçiriləcək dünya çempionatında hakimlər heyətinin üzvü,“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədaləttəmsilçiləri arasında yer alacaq.