“Football-plus.az” bununla bağlı bilgi almaq üçün klubun idman direktoru Kamran İsmayılovla əlaqə saxlayıb:
“Az-çox xasiyyətimi bilirsiz. Bir transfer tam rəsmiləşməyibsə, imzalar atılmayıbsa, heç nə deyə bilmərik. Rəsmi səhifəmizdə bu barədə heç bir paylaşım yoxdusa, deməli, transfer etməmişik. Ona görə də bu barədə açıqlama verə bilmərəm. Gələcək legionerlərlə bağlı konkret say deyə bilmərəm. Komandaya lazım olacaq sayda və büdcəyə uyğun transfer edəcəyik. Onu deyə bilərəm ki, ötən mövsüm transfer etdiklərimizdən əlavə legionerlər də olacaq. Bunun üçün çalışırıq”.
MÜZƏFFƏR QULUZADƏ