RU

Klub rəhbərliyinə ultimatum verdi: Prezident açıqlama yaydı

Viktor Qyokeres centlmen razılaşmanı pozduğu üçün “Sportinq”ə ultimatum verib.

İsveç millisinin forvardı 2023-cü ildə vəd etdiyi şərti yerinə yetirdiyi üçün qiymətini 70 milyon avroya endirmək üçün “Sportinq” lə razılaşıb – çempionatda hər mövsüm ən azı 20 qol vuracaq.

Viktor iki dəfə 29 və 39 qol vuraraq Portuqaliya liqasının bombardiri olub.

Publika.az xəbər verir ki, “Record”un məlumatına görə, Qyokeres kluba qəzəblidir və məyusdur, çünki o, “aslanlar”ın centlmen müqaviləsinin şərtlərini pozduğuna inanır. Futbolçu “Sportinq”i sosial şəbəkəsindən silib və bir daha “Sportinq” formasında oynamayacağını rəhbərliyə bildirib.

“Sportinq”in prezidenti Frederiko Varandas vəziyyətə aydınlıq gətirmək üçün açıqlama verib.

“Qyokeresin 60+10 milyon avroya getməyəcəyinə zəmanət verə bilərəm, çünki buna heç vaxt söz verməmişdim. İndiyədək klubun Viktor üçün rəsmi təklifi olmayıb.

Избранный
49
publika.az

1Источники