Bakı. Trend:
Danimarka Parlamenti (Folketinq) ABŞ ordusuna ölkə ərazisindəgeniş hüquqlar tanıyan və üç strateji hava bazasına – Karup,Skrıdstrup və Olborqa – maneəsiz giriş imkanı verən yeni müdafiəsazişini təsdiqləyib.
Trend-in “TheGuardian”a istinadən verdiyi məlumata görə, saziş 2023-cü ilindekabrında ABŞ Prezidenti Cozef Baydenin administrasiyası ilərazılaşdırılıb və amerikalı hərbi qüvvələrin Danimarkadayerləşdirilməsi, təlim keçməsi və əməliyyatlar aparmasını nəzərdətutur.
Sazişə əsasən, Danimarkada cinayət törədən ABŞ hərbçiləribirinci növbədə Amerika qanunvericiliyinə tabe olacaqlar, bu isəonların Danimarka hüquq sistemi qarşısında məsuliyyət daşımasınıarxa plana keçirir.
Sənəd ölkədə ciddi tənqidlərə səbəb olub. Hüquq müdafiəçiləri vəbir sıra siyasətçilər bu razılaşmanın Danimarkanın suverenliyinəzidd olduğunu bildiriblər. Solçu “Birlik Siyahısı” partiyasınınlideri Pelle Draqsted sazişi “Danimarkanın ziyanına olan sənəd”adlandıraraq, onun ölkədə yerli hakimiyyətin nəzarət etmədiyizonalar yarada biləcəyini deyib.
Bütün etirazlara baxmayaraq, saziş parlamentdə böyük üstünlükləqəbul olunub – 94 deputat lehinə, 11-i isə əleyhinə səs verib.
Danimarka İnsan Haqları İnstitutu da xəbərdarlıq edib ki, qanunABŞ hərbçilərinə etiraz aksiyalarının qarşısını almağa vəsəlahiyyətlərindən sui-istifadə halında məsuliyyətdən yayınmağaşərait yarada bilər.