RU

“Şamaxı”nın legioneri millidə ardıcıl 3 oyuna ÇIXDI

"Şamaxı"nın legioneri Alfons Msanqa Mabula dəvət aldığı Tanzaniya yığmasının təlim-məşq toplanışı zamanı 3 oyunda iştirak edib.

Bizim.Media xəbər verir ki, o, Cənubi Afrika Respublikası (0:0) ilə yoxlama oyununda 27 dəqiqə meydanda olub.

“COSAFA kuboku”nda isə Madaqaskar (0:1) yığması ilə oyunda start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib, 22 yaşlı yarımmüdafiəçi Esvatini (2:1) yığması ilə oyunda isə 90 dəqiqə meydanda olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
54
7
bizim.media

7Источники