RU

Kanadalı alimlər 80 milyon il əvvəl yaşamış yeni tirannozavr növü aşkar ediblər

Bakı. Trend:

Kanadalı paleontoloqlar tirannozavrlarla eyni ailəyə mənsub olanvə təxminən 80 milyon il əvvəl yaşamış yeni dinozavr növü aşkarediblər.

Trend xəbər verirki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

Yeni növə “Khankhuuluu mongoliensis” adı verilib. Onlar kiçikölçülü tirannozavrlar hesab olunur. Alimlərin fikrincə, budinozavrlar təxminən 770 kiloqram çəkidə və 4 metr uzunluqdaolublar.

ABC-nin məlumatına görə, bu növə aid iki skeletin qalıqları hələ1970-ci illərdə Monqolustanın Qobi səhrasında aşkar edilsə də, ovaxtlar bu qalıqlar fərqli bir növə aid hesab edilmişdi. Həmindaşlaşmış sümüklər yalnız 2023-cü ildə təkrar araşdırılıb və yeninöv olaraq təsdiqlənib.

Kalqari Universitetinin təbiət elmləri üzrə dosenti bildirib ki,bu kəşf tirannozavrların təkamül prosesi və onların Təbaşirdövrünün son mərhələsində yayılma coğrafiyası barədə anlayışlaramühüm töhfə verir.

Избранный
76
az.trend.az

1Источники