Ajans.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb. Rəsmilər bəyan ediblər ki, ABŞ Dövlət Departamenti “regionda iğtişaşlar ehtimalı” səbəbindən Bağdaddakı səfirlikdən qeyri-vacib əməkdaşlarını geri çəkməyə hazırlaşır.

Rəsmilər həmçinin Dövlət Departamentinin Bəhreyn və Küveytdəki qeyri-vacib personalın və onların ailə üzvlərinin ölkəni tərk etməsinə icazə verəcəyini və ABŞ Müdafiə Nazirliyinin Bağdaddan “mümkün təxliyə” üçün dəstək verməyə hazır olduğunu bildiriblər.