RU

Üç gün əvvəl qəzada yaralanan şəxs dünyasını dəyişdi

Üç gün əvvəl qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanada dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, iyunun 8-də Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai”, daha sonra isə “Honda” markalı avtomobilə çırpılmışdı.

Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi. Həmin qəzada ağır bədən xəsarətləri alan  “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov bu gün müalicə aldığı Qax Rayon Xəstəxanasında dünyasını dəyişib.

Seymur Əli

Избранный
79
29
unikal.az

10Источники