RU

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Uzaq meteoritlərdə mədən axtarışı arzusu artıq çox da əlçatmaz görünmür. 

Valyuta.az xəbər verir ki, yeni bir araşdırma, bu xəyalın əslində düşündüyümüzdən daha yaxın olduğunu ortaya qoyur: Trilyonlarla dollar dəyərindəki qiymətli metallar üçün uzaq asteroidlərə getməyə ehtiyac olmaya bilər - Ay kifayət edir.

Elmi fantastika əsərlərində tez-tez rast gəlinən bir fikir, indi elmi araşdırmalarla daha konkret əsaslar üzərində dayandırılır: kosmosdan dəyərli metallar çıxarmaq ideyası, gələcəkdə reallığa çevrilə bilər. Və bu məqsədə çatmaq üçün nəhəng asteroidlərə uçmağa ehtiyac yoxdur – Ay, daha yaxın və əlverişli bir alternativ kimi qiymətləndirilir.

Yeni tədqiqatlara görə, Ay səthindəki kraterlər sanılandan daha zəngin metal ehtiyatlarına sahib ola bilər. Araşdırmaçılar bu fikrin möhkəm elmi əsaslara dayandığını bildirirlər. Yer kürəsindən belə görünəcək qədər aydın olan Ay kraterləri, milyonlarla il boyunca meteorit, asteroid və quyruqlu ulduzların toqquşması nəticəsində yaranıb. Bu toqquşmalar yalnız Ayın səthini formalaşdırmaqla kifayətlənməyib, həm də kosmosdan gələn maddələri bu səthə gətirib.

NASA-nın məlumatlarına əsasən, bu çarpışmalar zamanı yaranan kraterlərin xüsusiyyətləri – toqquşan cismin ölçüsü, sürəti, sıxlığı və bucaq altında çarpması ilə bağlı dəyişir. 2020-ci ildə aparılan bir tədqiqat, Ayın aşağı və orta enliklərində 100 mindən çox yeni kraterin aşkarlandığını göstərmişdi. Bu rəqəmlər, Ayın kosmik cisimlərlə nə qədər sıx qarşılıqlı təsirdə olduğunu sübut edir.

Son araşdırma göstərir ki, bu çarpışmalar təkcə geoloji deyil, həm də iqtisadi potensiala malik bir hadisə ola bilər. Asteroidlərin tərkibində olan dəyərli metalların bu toqquşmalar nəticəsində Ayın səthinə və ya səth altına daşındığı ehtimal edilir.

Tədqiqatçılar əvvəllər Yerə yaxın asteroidlərin metal tərkibini hesablayan modelləri götürərək, bu məlumatları Ayın səthinə tətbiq ediblər. Çarpışan cisimlərin metal tərkibi, toqquşma sürəti və Ay səthində necə yayıldığı kimi parametrləri nəzərə alaraq, təxminən 6.500 kraterin iqtisadi baxımdan mədənçilik üçün uyğun ola biləcəyi qənaətinə gəlinib.

Araşdırmaya görə, xüsusilə 1 kilometr və daha böyük diametrə malik kraterlərdə platin qrupuna daxil olan metallar və su ehtiva edən mineralların tapılması ehtimalı yüksəkdir. 5 kilometr və daha böyük kraterlərdə isə bu ehtimal daha da artır. Tapıntılar göstərir ki, Ay bəzi ticari baxımdan cəlbedici asteroidlərdən belə daha zəngin bir resurs ola bilər.

Araşdırma qrupuna daxil olmayan müstəqil tədqiqatçı və astronom Cayant Çennamangalamın sözlərinə görə, bu kraterlərdəki qiymətli metalların ümumi dəyəri trilyonlarla dolları keçə bilər. Onun fikrincə, astronomiya çox zaman nəzəri sahə kimi qəbul edilsə də, bu cür tapıntılar kosmos tədqiqatlarına edilən investisiyaların artmasına səbəb ola bilər.

Paşa Məmmədli

Избранный
44
valyuta.az

1Источники