Ajans.az xəbər verir ki, hadisə Ağsaray şadlıq sarayında baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.