Salyan rayonunun Qardili kəndində ümumi sahəsi 300 m² olan tövlənin, yaxınlıqda sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları və talvarın içərisinə yığılan 7 ton ot bağlaması yanıb.
Bu haqda APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda həmçinin bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
18:46
Salyanda fermada yanğın olub.
APA-nın Mil-Muğan bürosunun məlimatına görə, hadisə rayonun Qardili kəndində baş verib. Kənd sakini Eyyub Şikarova məxsus fermada ot tayası yanıb. Küləkli hava yanğının güclənməsinə səbəb olub. Nəticədə 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi davam edir.
Faktla bağlı araşdırma aparılır.

