RU

"Ayın qolu"nun qalibləri mükafatlandırıldı - FOTO

"Ayın qolu" layihəsinin may ayının qalibləri mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

1-ci liqada sözügedən layihənin qalibi "Karvan"ın futbolçusu Ezekiel Morqan olub.

2-ci liqada isə “Hypers Quba”nın oyunçusu Hüseyn Novruzov mükafatlandırılıb.

Hər iki futbolçuya mükafatı AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Избранный
31
1
football-plus.az

2Источники