RU

Qarpız bostanlarına hədsiz verilən nitrat daha bir can aldı…


Kamran Məmmədli: “1 kq qarpızda 60 mq-dan artıq nitrat olmamalıdır, ancaq…”

Yayın ən məşhur meyvələrindən biri qarpızdır. Yay fəslinin yeni başlamasına baxmayaraq, qarpız istehsalı və satışı artıb. Belə bir deyim ki, qarpız avqust ayından öncə istehlak edilməməlidir, əks halda zəhərlənmə ola bilər.

Bu günlərdə Bakıda 20 yaşlı Dərya Namiz qızı Ağayeva vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunur.

Qarpızdan zəhərlənməyə səbəb kimi fermerlərin sahəyə normadan artıq nitrat verməsi göstərilir. Maraqlıdır, bu sahəyə necə nəzarət olunmalıdır ki, bostan sahələrinə normadan artıq gübrə, nitrat verilməsin?

“Aqrar sektorla məşğul olanlar qarpıza bu qədər nitrat verməməlidirlər, müvafiq dövlət orqanları daim monitorinq aparmalıdır”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 1 kq qarpızda 60 mq-dan artıq nitrat olmamalıdır. Amma aparılan müşahidələr göstərir ki, 1 kq qarpızda hətta 200-300 mq nitrat olur: “Nitratlar insan orqanizmi üçün zərərlidir və qida zəhərlənməsinə səbəb ola bilər. Əkin sahələrinə nəzarət yox dərəcəsindədir. Demək olar ki, bütün xəstəliklərin də birbaşa baiskarı həmin kimyəvi maddələrdir. Fermer məhsulu tez bazara çıxarmaq, tez qazanc əldə etmək istədiyi üçün məhsula normadan artıq nitrat verir. Dediyim kimi, bu sahəyə nəzarət yoxdur, hər kəs gəlirini düşünür, əhalini düşünən yoxdur. Aqrar sektorla məşğul olanlar qarpıza bu qədər nitrat verməməlidirlər. Müvafiq dövlət orqanları daim monitorinq aparmalıdırlar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, gübrəli qarpızla gübrəsizi ayırd etmək mümkündür: “Məlumat üçün deyim ki, gübrəli qarpız nisbətən daha şirin olur. Gübrəsiz qarpız nisbətən az şirin olur. Gübrəli qarpızın qabığı qalın, 1 sm-dən artıq olur. Gübrəsiz qarpızın qabığı yarım sm-dən artıq olmur. Gübrəsiz qarpıza bıçaq vuranda partlayır. Bu kimi hallara fikir vermək lazımdır. Həmçinin, qarpızı kəsərkən onun qabığı içəridən sarıdırsa, bu o deməkdir ki, qarpızda nitrat çox yüksəkdir. Belə qarpızı yemək zəhrlənməyə səbəb ola bilər. Ortasında böyük çuxur olan çox böyük qarpızlardan uzaq durmaq lazımdır. Ümumiyyətlə, qarpız indi yox avqust ayında istehlak edilməlidir. Hər bir qida öz vaxtında yetişsə, yeyilsə daha yaxşı olar”.

Günel CƏLİLOVA

Избранный
51
baki-xeber.com

1Источники