RU

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiqlənib

Bakı. Trend:

Qida Təhlükəsiziyi Agentliyinin Kollegiyası “Təbii mineralsulara dair sanitariya norma və qaydaları” adlı texnikinormativ-hüquqi aktın təsdiqi ilə bağlı Qərar qəbul edib.

Agentlikdən Trend-ə verilənməlumata görə, həmin qaydalar respublika ərazisində yeraltı mineralsu obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulantəbii mineral suların minimum keyfiyyət və təhlükəsizlikgöstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobiolojigöstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eynizamanda, mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbiimineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineralsuların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri,etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir.

Həmin tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, suobyektlərində müalicəvi məqsədlər üçün istifadə edilən və tibbitəyinatlı mineral su kimi təsbit olunan, eləcə də, suvarmaməqsədilə istifadə edilən sulara şamil olunmur.

Sənəddə, eyni zamanda, təbii mineral sularda tətbiqinə yolverilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyuntərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıqyazıları ilə bağlı məsələlər də öz əksini tapıb.

Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma vəqaydaları” 2025-ci ilin noyabrın 20-dən qüvvəyə minəcək. AzərbaycanRespublikasının ərazisində istehsal edilən və ölkə ərazisinə idxalolunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonradövriyyəyə çıxarıla bilər.

Qərarla linkdən ətraflı tanış olmaq mümkündür.

Məqalədə:
Избранный
57
1
az.trend.az

2Источники