Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib:
"5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər".
E.Binnətova isə ifadəsində "Instagram" sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı "Çağdaş Eğitim" şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.
10Источники
-
poliqon.infoÖvladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi ( 18127423)
-
milli.azÖvladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi ( 18125995)
-
demokrat.azTanınmış həkim övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi — 100 min manat itirdi ( 18124036)
-
Doktorm.azÖvladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi ( 18124018)
-
far.azTanınmış həkim övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min manat itirdi ( 18123172)
-
icma.azTanınmış həkimi aldatdılar 59 min dollarlıq dələduzluq ( 18120847)
-
medicina.azTanınmış həkimi aldatdılar- 59 min dollarlıq dələduzluq ( 18120826)
-
turkustan.azTanınmış həkim övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min manat itirdi ( 18120445)
-
moderator.azÖvladını tibb fakültəsinə pulla düzəltdirmək istədi – 100 min itirdi ( 18120109)
-
news24.azÖvladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi ( 18113926)