Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” hücumçu axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, ərəblər “Fənərbağça”da çıxış edən Yussef En-Nesirini heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi təcrübəli forvard üçün 40 milyon avro tələb edib. “Əl-Hilal” rəhbərliyi 28 yaşlı hücumçu üçün bu məbləği ödəməyə razıdır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, “Fənərbağça” Yussef En-Nesirini ötən ilin yayında “Sevilya”dan transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 30 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.