Mayın 6-dan bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Bu barədə News365.az-a MÜTDA-dan məlumat verilib.
Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə: – Alternativ qeydiyyat mərkəzlərinə – Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə – ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.