RU

Başgicəllənmə artıq kabusun olmasın...

Başgicəllənmə

Odyoloq mütəxəssisi Dr. Nedim Uğur Kaya cəmiyyət arasında “başgicəllənmə xəstəliyi” kimi tanınan BPPV-nin (Yaxşı Xassəli Paroksismal Pozisiya Vertiqosu) erkən diaqnoz və düzgün müalicə üsulları ilə nəzarət altına alına biləcəyini bildirib və bu proseslərin yaşam keyfiyyətinin qorunmasında mühüm rol oynadığını vurğulayıb.Kaya, BPPV-nin xüsusilə yaşlı şəxslər arasında geniş yayıldığını və ciddi şəkildə yaşam keyfiyyətinin azalmasına səbəb ola biləcəyini qeyd edərək deyib:“Araşdırmalara əsasən, 70 yaşdan yuxarı şəxslərdə başgicəllənmə hallarının təxminən 25%-i BPPV ilə əlaqəlidir və təcili yardım bölməsinə müraciət edən hər 10 xəstədən birində bu vəziyyətə rast gəlinə bilər.”O bildirib ki, bu xəstəliyin əsasında daxili qulaqda yerləşən və tarazlığın qorunmasına kömək edən otokoniyaların (tarazlıq kristalları) yerindən qoparaq yarımhalqavari kanallara keçməsi durur:“Bu hal, başın vəziyyətinin dəyişməsi ilə ani başgicəllənmə, ürəkbulanma və tarazlıq pozuntusu kimi əlamətlərə səbəb ola bilər. Məsələn, yataqda çevrilmək, başı yuxarı qaldırmaq və ya əyilmək kimi sadə hərəkətlər belə BPPV tutmalarını tətikləyə bilər.”Kaya, bu xəstəliyin təkrar etmə riski ilə bağlı Koreyada 332 xəstə üzərində aparılan bir araşdırmaya istinad edərək bildirib ki, D vitamini səviyyəsi aşağı olan şəxslərdə bu problemin təkrarlanma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. O, bu səbəbdən mütəmadi D vitamini nəzarətinin vacibliyinə diqqət çəkib.Müalicə ilə bağlı Kaya bildirib ki, BPPV-nin aradan qaldırılmasında adətən başın hərəkətinə əsaslanan xüsusi manevrlər tətbiq olunur və bu üsullar əksər hallarda əməliyyata ehtiyac olmadan təsirli nəticə verir. Həmçinin ev şəraitində tətbiq oluna bilən xüsusi məşq proqramları da simptomları nəzarətdə saxlamağa kömək edə bilər.Sonda başgicəllənmə şikayətlərinin ciddi qəbul edilməsinin vacibliyini vurğulayan Dr. Kaya deyib:“Əgər başgicəllənmə hərəkətlə təkrarlanırsa, mütləq bir odyoloq və ya qulaq-burun-boğaz mütəxəssisinə müraciət edilməlidir. Erkən diaqnozla xəstəliyi nəzarətə almaq və həyat keyfiyyətini qorumaq mümkündür.”Ulusum.az

Diqqət Çəkənlər

DİN: Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı

“ChatGPT” Çökdü?

Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı

Избранный
48
ulusum.az

1Источники