RU

Rusiya Azərbaycanın narazılığına şərikdir

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktoru Mariya Zaxarova belə deyib.

“Qondarma missiyanın əməkdaşlarının nə işlə məşğul olduğu hamıya məlumdur. Onlar Ermənistanla qonşu olan ölkələrlə bağlı casusluq edirlər. Təbii ki, onlar İrəvana hesabat və regionda heç bir sabitliyə töhfə vermirlər”,- rusiyalı diplomat bildirib.

Zaxarova həmçinin Rusiya bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal olmadığını diqqətə çatdırıb.

- Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə, onun çıxarılmasının mümkünlüyü ilə bağlı İrəvandan heç bir siqnal almamışıq. Ermənistan rəsmiləri belə məsələlərin gündəmdə olmadığını, o cümlədən açıq şəkildə təsdiqləyirlər”,- rusiyalı məmur deyib.

Onun sözlərinə görə, hərbi bazanın yerləşdirilməsi və istismarı Ermənistan və Rusiya arasında müvafiq ikitərəfli sənədlərlə tənzimlənir.

“Bu məsələ heç vaxt Azərbaycanla qarşılıqlı fəaliyyətimizin kontekstində və ya müstəvisində heç kim tərəfindən qaldırılmayıb”,- Mariya Zaxarova vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
72
2
azvision.az

3Источники