RU

Əvvəllər DSX yə ayaqqabı satan şirkət bu dəfə 250 ton kömür satacaq

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi “ME.GA.AN” MMC (VÖEN – 1800284991) olub.

Yeniavaz.com xəbər verir ki, DSX “ME.GA.AN” MMC-dən 250 ton kömür yanacağı alacaq.

Buna görə DSX “ME.GA.AN” şirkətinə 324 min 500 manat ödəyəcək.

Qeyd edək ki, “ME.GA.AN” MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.

Məlumat üçün bildirək ki, “ME.GA.AN” MMC daha əvvəl DSX-nin çoxsaylı tender müsabiqəsində qalib olub.  Müsabiqələrin böyük əksəriyyəti ayaqqabıların satın alınması ilə bağlı olub. “ME.GA.AN” MMC ayaqabılardan başqa DSX-yə geyimlər, dəsmallar, mələfə və balınc üzləri, bayraqlar kimi məhsullar da satıb. Lakin MMC ilk dəfə olaraq DSX-yə kömür satır.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Избранный
78
2
yeniavaz.com

3Источники