RU

Putinin köməkçisindən Ukraynaya ultimatum: Güzəştə getməsələr...

“Rusiya və Ukrayna arasındakı silahlı münaqişə iki qardaş arasındakı savaşa bənzəyir”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski “Wall Street Journal” (WSJ) qəzetinə müsahibəsində deyib.

"Qərb ölkələrinin Ukraynadakı münaqişədə etdiyi səhv onu İngiltərə və Fransa kimi unikal tarix və mədəniyyətlərə malik iki ölkə arasındakı münaqişə ilə müqayisə etməkdir. Ukraynadakı münaqişədə mahiyyətcə bir xalq olan və bir-birinə yaxın, ortaq dil və mədəniyyətə malik iki ölkə üz-üzədir”, - o qeyd edib.

Medinski Moskvanın bu münaqişəni mümkün qədər tez bitirmək istədiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Moskva Kiyevin siyasətini cavabsız qoymayacaq.

Избранный
65
publika.az

1Источники