Məlum olduğunu kimi, ötən həftə “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl Tərbizin “Traktor” klubu ilə dostluq oyunu keçirməyə hazır olduqlarını bəyan edib. Tribunainfo.az xəbər verir ki, o, bu mövsüm İran çempionu olmuş Güney Azərbaycan klubu ilə belə bir yarışı təşkil etməkdən qürur duyacaqlarını qeyd edib.
Qeyd edək ki, bu açıqlama Güney Azərbaycanda böyük həvəslə qarşılanıb. “Traktor” klubu bu müraciətə cavab verməsə də, sosial şəbəkələrdə Təbriz klubunun rəhbərliyinə ciddi cəhdlə təzyiq edilir ki, dostluq yarışı üçün razılıq verisin. İnstagram və digər platformalarda qızğın müzakirələrdən də aydın olur ki, böyük əksəriyyət iki Azərbaycan klubunun dostluq matçı keçirməsində israrlıdır.
Fərda Uğur