RU

Dünya reytinqi: klublarımız neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycandan ən yüksək göstərici “Qarabağ”dadır. Ağdam klubu aktivindəki 144,75 xalla 119-cudur. 

“Zirə” 232-ci (95,75 xal),  “Sabah” 317-ci (76 xal),  “Araz-Naxçıvan” isə 446-cı (61,25 xal) yeri tutur.

Siyahıya İspaniya “Real”ı (470 xal) liderlik edir. İspaniyanın digər klubu “Barselona” (434 xal) 2-ci , İtaliya “İnter”i isə (419 xal) 3-cüdür.

Избранный
61
15
idmanxeber.az

10Источники