AzVision.az ABŞ-nin Müdafiə nazirliyinin ölkə Konqresinə göndərdiyi müvafiq sorğuya istinadən xəbər verir ki, satınalmaların nəzərdən keçirilməsi 2026-cı maliyyə ili üçün müdafiə büdcəsinin korreksiyası ilə bağlıdır.
“Müdafiə nazirliyi Pentaqonun rəhbəri Pit Heqsetin növbəti beş ildə ABŞ-nin proqnozlaşdırılan hərbi xərclərinin 8% azaldılmasını nəzərdə tutan planına uyğun olaraq hərəkət edir”,- məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Pentaqon rəhbəri həmçinin 120-dən çox yüksək rütbəli zabit vəzifəsini, o cümlədən aktiv qoşunlarda və Milli Qvardiyada doqquz yüksək rütbəli komanda postunu ləğv etməyi planlaşdırır.
Xatırladaq ki, fevralın 19-da Pit Heqset növbəti beş il üçün Pentaqonun büdcəsinin hər il azaldılması planının işlənib hazırlanmasını əmr edib.
ABŞ Müdafiə nazirinin müavini vəzifəsini icra edən məmurun sözlərinə görə, Pentaqon iqlim dəyişikliyinə xərclər, bürokratiyanın genişləndirilməsi və müxtəliflik, bərabərlik və inklüziv təşəbbüslərin inkişafı da daxil olmaqla bir sıra proqramların maliyyələşdirməyi dayandırmaq niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта