Bakı. Trend:
Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənintəməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxilimünasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailəinstitutuna birbaşa təsir göstərir.
Trend xəbərverir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosialmüdafiə naziri Sadık Qardiyanoğlu Bakıda Türk DövlətləriTəşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsulnazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən“Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailənidəstəkləkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki ki, xüsusilə ailə dəyərlərinə zidddüşüncələrin yayılmasının qarşısını almaq vacibdir:
“Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailəmünasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifikstrategiya hazırlanır. Eyni zamanda, uşaq sahibi olmağı təşviq edənmodellər üzərində işləyirik. Gənc ailələrin uşaq sahibi olmasınıdəstəkləmək üçün maddi və psixososial dəstək mexanizmləri tətbiqedirik. Qadınların həm güclü iş qadını, həm də fədakar ana olabilmələri üçün uyğun sosial siyasətlər həyata keçiririk. Onların işhəyatında irəliləmələri ilə ailə həyatında balans yaratmaları üçündəstək proqramları mövcuddur”.
Sadık Qardiyanoğlu qeyd edib ki, bütün dünyada son 5 ildəboşanma hallarının sayının əhəmiyyətli dərəcədə artması müşahidəolunur.
“Bu artım yalnız ailə institutuna deyil, həm də cəmiyyətiniqtisadi və psixoloji dayanıqlılığına mənfi təsir göstərir. Bunagörə də ailə münasibətlərinin möhkəmləndirilməsinə yönəlikpreventiv və bərpaedici siyasətlər hər kəs üçün prioritetsahələrdəndir”, - deyə o qeyd edib.