Bu qarşıdurma, Maskın Trampın ikinci administrasiyasında Dövlət Effektivliyi Departamentinə rəhbərlik etməsi ilə qurulan sıx tərəfdaşlığın pozulmasına səbəb olub. Mübahisə nəticəsində Tesla və SpaceX kimi Maskın şirkətlərinin gələcəyi ilə bağlı bazarda narahatlıqlar yaranıb.
"Keçən həftə Prezident Donald Tramp haqqında yazdığım bəzi paylaşımlardan peşmanam. Bəzi sözlərim həddini aşmışdı," - deyə Mask özünə məxsus X sosial şəbəkəsində bildirib.
Münaqişənin səbəbi Maskın Trampın dəstəklədiyi "Böyük və Gözəl Qanun Layihəsi" adlı vergi və xərclər paketinə qarşı çıxması olub.
Şənbə günündən etibarən Maskın qarşıdurmanı alovlandıran bəzi paylaşımlarını silməsi müşahidə olunub.
Mask və Tramp arasında həm X, həm də Trampın sahibi olduğu Truth Social platformalarında paralel şəkildə davam edən qarşılıqlı ittihamlar zamanı ABŞ prezidenti Maskın şirkətlərinə verilən dövlət müqavilələrinin və subsidiyaların dayandırıla biləcəyini də bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31