RU

Bank sektorunda likvidlik artıb

Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi (Azerbaijan Interbank Rate) indeksinin orta günlük səviyyəsi mayda və iyunun ötən dövründə 6.7% olub.

Teleqraf xəbər verir ki, aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının kommersiya banklarında yerləşdirilməsi məqsədilə keçirilən depozit hərracları nəticəsində bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsir edib.

Xatırladaq ki, ötən ilin ikinci yarısının bir çox aylarında hökumət hesabları qalığının artımı qısamüddətli faizlərə artırıcı təsir edirdi.

Tənzimləyicidən bildirilib ki, pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 5 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 1.6, sayı isə 1,8dəfə artıb.

Избранный
32
teleqraf.com

1Источники