RU

Emin Mahmudov: Macarıstan bizdən daha yaxşı oynadı, qələbəyə layiq idilər MÜSAHİBƏ

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Sportal.az saytına müsahibə verib.

- Macarıstana qarşı keçirilmiş görüşü necə şərh edərdin?

- Macarıstan çox səviyyəli komandadır. Oyunumuz bəzən alınmırdı. Biz istəyirdik ki, əks-hücumlarda daha yaxşı oynayaq. Sonlarda istədik ki, rəqibi öz meydanında sıxaq. Epizodlarımız var idi. Amma vura bilmədik. Macarlar bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər.

- Səviyyə fərqi hiss olunurdu?

- Təəssüf ki, bizdə Şoboşlay kimi futbolçu yoxdur. Hansı ki, hər mövqedən, yerindən, 50 metrdən ötürmə verə bilir. Ona görə də çətin idi. İşləmək lazımdır. 

- Macarıstan İslandiya və Ukrayna səviyyəsində komandadır. Macarlara qarşı evdə bir şey edə bilmiriksə, seçmə oyunlarda necə olacaq?

- Sonlarda qol epizodlarımız var idi. Heç-heçəni qazana da bilərdik. Amma çalışacağıq ki,daha yaxşı hazır olaq.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

- Bizim 5-6, Macarıstanın isə qapıya 25 zərbəsi var...

- Əlbəttə ki, fərq var. Çalışacağıq ki, daha yaxşı oynayaq. Daha yaxşı oynaya bilərik.

- Bir ildir ki, komanda qalib gələ bilmir...

- Başa düşürəm. Azarkeşlərimiz də qələbə gözləyir. Təəssüf ki, belə alınır. Gələcəkdə daha yaxşı olacağına inanıram.

- Mətbuatda yayılan məlumata görə, milli bu oyunda uduzsa, Fernandu Santuşla yollar ayrılacaq. Matçdan sonra sizinlə sağollaşmadı?

- Mənim xəbərim yoxdur. Məşqçinin qalıb-qalmaması məsələsi bizim işimiz deyil. Biz işimizə davam edirik. Bizim işimiz Azərbaycan üçün ən yaxşısını etməkdir.

Mirbağırağa

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
1
sportal.az

2Источники