"Mançester Siti"dən ayrılan Kevin De Brüyne yekun qərarını verib.

Offsideplus.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi İtaliya çempionu "Napoli"yə transfer olacaq. O, Neapol klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Belçikalı futbolçu qarşıdakı günlərdə tibbi baxışdan keçdikdən sonra rəsmi sözləşməyə imza atacaq.

De Brüyne karyerasında ilk dəfə İtaliya çempionatında çıxış edəcək.