RU

ABŞ və Rusiya arasında danışıqlar Moskvada keçiriləcək

ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün danışıqlar Moskvada keçiriləcək...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyev deyib.

Daha əvvəl bildirilmişdi ki, ölkə nümayəndələri arasında görüş İstanbulda keçirilməlidir.

"Rusiya-Amerika münasibətlərinin bərpası hələ çox uzaqdadır", deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə yaxınlaşmaya ABŞ-ın "dərin dövləti" və Konqresdəki anti-Rusiya şəxsləri mane olur:

"Mən təsdiq edə bilərəm ki, nümayəndə heyətləri arasında növbəti danışıqlar yaxın vaxtlarda Moskvada keçiriləcək".

Reuters xatırladıb ki, Ukraynadakı müharibə soyuq müharibədən sonra Moskva ilə Qərb arasında ən böyük qarşıdurmaya səbəb olub. Xüsusilə, Moskva və Vaşinqtondakı yüksək rütbəli diplomatlar 2024-cü ildə nəşrə bildiriblər ki, ölkələr arasında münasibətlərin indiki kimi heç vaxt pis olduğunu xatırlaya bilmirlər.

"ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişəyə ABŞRusiya arasında proxy müharibə kimi baxır və Tramp onun dünya müharibəsinə çevrilməsi riski barədə dəfələrlə xəbərdarlıq edib", deyə materialda vurğulanır.

Poliqon.info

Избранный
37
poliqon.info

1Источники