RU

Renat Dadaşov, Rza Cəfərov yüksək, Cəfərquliyev aşağı qiymət aldı – FOTO 

Dünən Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edib. Görüş macarların qələbəsilə başa çatıb – 2:1.

Matçın ardından futbolçuların performansarı dəyərləndirilib. Komandamızın heyətində ən yüksək qiymət alan futbolçu Renat Dadaşov olub – 7,5.

Qapıçı Rza Cəfərovun çıxışı 7,1, müdafiəçi Bəhlul Mustafazadənin performansı isə 7,0 balla qiymətləndirilib. Millimizin  heyətində ən zəif çıxışı Elvin Cəfərquliyev göstərib. Onun dünənki oyundakı performansına 5,6 qiymət verilib.

Xatırladaq ki, Azərbaycan millisi keçirdiyi son 10 matçda 8 məğlubiyyət alıb, 2 heç-heçə edib.

Избранный
61
1
idmanxeber.az

2Источники