RU

Krımda müsəlman ailələr xristianlaşdırılır

Yazını böyüt
Yazını kiçilt

Kremlin Rusiyanın işğalı altında olan Krımda həyata keçirdiyi assimilyasiya cəhdlərinə yenisi əlavə edilib. Yarımadada yaşayan müsəlmanlar növbəti dəfə hədəfə alınıb. Rus Pravoslav Kilsəsinə bağlı olan qondarma Krım mitropoliti Tihon müsəlman evli cütlükləri xristianlığı qəbul etməyə və uşaqlarını “əsl rus” kimi böyütməyə çağırıb.

Hafta.az-ın QHA-ya istinadən yazdığına görə, Krımda müsəlman əhaliyə qarşı qondarma Krım və Simferopol Metropoliti (Akmescit) imzası ilə xristianlaşdırma cəhdləri başlanıb.

Sənəd Krımda fəaliyyət göstərən bütün dövlət və özəl qurumların rəhbərlərinə, şəhər və rayon idarəçilərinə yazılıb. Sənəddə Tihon, "Gələcəkdə Rusiyanı müdafiə edəcək yeni nəsillər yaratmaq və yetişdirmək üçün" Krımda doğum nisbətinin artırılması məqsədilə görülməli olan tədbirləri sadalayıb, həmçinin müsəlman cütlüklərin xristianlığı qəbul etməsi üçün addımların atılmasını istəyib.

Sənəddəki 4-cü maddə diqqəti cəlb edir: "Xahiş edirəm ki, müsəlman inanclı ər-arvadlarla, hörmət və qardaşlıq ruhunda, Vəftiz və Nikah mərasimini qəbul etmək üçün söhbətlər aparılsın. Onların övladları pravoslav xristianlar, müqəddəs Rusiyanın övladları kimi dünyaya gəlsinlər, əsl rus olsunlar, öz əcdadlarının torpaqlarını, açıq vicdanla müdafiə etməyə hazır olsunlar”.

Eyni sənəddə təlimatlar da qeyd edilib:

Yaşı 25-dən yuxarı olan uşaqsız evli cütlüklərin siyahısı hazırlanacaq;

Bu ritual mütləq nikah mərasimi olmayan cütlüklərlə həyata keçiriləcək;

Şüurlu şəkildə uşaq sahibi olmaq istəməyən cütlüklərlə izahat xarakterli söhbətlər aparılacaq.

Tihonun çağırışı, xüsusilə müsəlman Krım tatar əhalisini hədəf alan assimilyasiya siyasətində yeni addım kimi qiymətləndirilir.

Избранный
109
9
hafta.az

10Источники