RU

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 100-dən çox layihəni qiymətləndirir

Bakı. Trend:

Hazırda biz Azərbaycan və Özbəkistan arasında 100-dən çoxinvestisiya layihəsini nəzərdən keçirmişik, onlardan 15-dən çoxuətraflı təhlil üçün seçilib.

Trend-inməlumatına görə, bunu IV Daşkənd Beynəlxalq İnvestisiya Forumuçərçivəsində "Azərbaycan - Özbəkistan: İqtisadi TərəfdaşlığınVektoru" panel sessiyasında Azərbaycan-Özbəkistan İnvestisiyaŞirkətinin direktoru Nazim Hacıyev deyib.

N.Hacıyev qeyd edib ki, onların şirkəti kredit təşkilatı deyil,özəl investisiya şirkəti kimi fəaliyyət göstərir və ilk növbədəmüxtəlif sənaye sahələrinə minoritar paylara sərmayə qoyur.

"Keçən il biz Daşkənddə ofis açdıq, indi isə Bakıda nümayəndəlikyaradırıq ki, bu da bizə Azərbaycan bazarını səmərəli şəkildə əhatəetməyə imkan verəcək", - o izah edib.

Şirkətin investisiya komandası yerli və beynəlxalq təşkilatlardaböyük təcrübəyə malik 13 mütəxəssisdən ibarətdir, işçilərin dörddəüçü Özbəkistandadır.

"Biz mövcud şirkətlərə sərmayə qoyuruq, artım potensialı olanaktivlər əldə edirik", - Hacıyev vurğulayıb.

O əlavə edib ki, şirkətin əməkdaşlığı maliyyəinvestisiyalarından kənara çıxır:

“Biz, həmçinin, korporativ idarəetmə sisteminin yaradılmasına,əməliyyat və maliyyə nəzarətinə şərait yaradır, strateji qərarlarınqəbulu üçün mütəxəssislərimizi müşahidə şuralarına fəal cəlbedirik”.

Təhlil üçün seçilmiş layihələrdən dördü müxtəlif sənayesektorlarına, biri maliyyə texnologiyalarına aiddir. Yeni Daşkənddəən böyük beynəlxalq məktəbin tikintisinə xüsusi diqqətyetirilir.

"Biz Azərbaycan və Özbəkistan şirkətləri arasında bir sıralayihələr hazırlayırıq və onların icrasına bu ilin sonuna qədərbaşlamağı planlaşdırırıq", - şirkətin direktoru qeyd edib.

Bundan əlavə, şirkət Almaniya, İtaliya, Yaponiya və YaxınŞərqdən şirkətləri cəlb etmək üçün ticarət palataları və biznesicmaları ilə əməkdaşlıq edərək, beynəlxalq səviyyədə fəal şəkildəbiznes tərəfdaşları axtarır.

"Biz digər maliyyə institutları və investisiya şirkətləri iləbirgə investisiyalar planlaşdırırıq. Məsələn, beynəlxalq məktəblayihəsi Əbu-Dabidən olan investisiya şirkəti və Özbəkistanınbirbaşa investisiya fondu ilə birgə həyata keçirilir".

Hacıyev sonda şirkətin yüksək potensiala malik layihələrəfokuslandığını vurğulayıb:

“Bizim əsas vəzifəmiz ölkələrimizin iqtisadi artımınısürətləndirmək üçün ən böyük potensiala malik şirkətlərə sərmayəqoymaqdır və peşəkar komandamız bu məqsədə çatmaq üçün səyləriniəsirgəmir”.

Избранный
64
az.trend.az

1Источники