BAKI, 11 iyun. TELEQRAF
1824-cü ildə Böyük Britaniyada qəbul olunmuş sərsərilər barədə qanununun ləğvi sayəsində evsizlərin küçələrdə yatmasına icazə veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mənzil Departamenti məlumat yayıb.
Qurumna ümid edirlər ki, evsizliyə "daha müasir yanaşmanın" bir hissəsi kimi, gələn ilin yazına qədər köhnəlmiş qaydaların çoxu ləğv ediləcək.
Məlumatda departamentin evsizliyin əsas səbəbləri ilə - yəni "mütəşəkkil dilənçiliklə" mübarizə aparmağa hazır olduğu da vurğulanıb.