RU

"Real Madrid" yarımmüdafiəçisini "Milan"a sata bilər

“Real Madrid”in mərkəz yarımmüdafiəçisi Dani Sebalyos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən yaydığı məlumata görə, 28 yaşlı futbolçunun transferində İtaliyanın nəhəng klubu “Milan” maraqlıdır. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Rossoneri” rəhbərliyi ispan yarımmüdafiəçinin keçidi üçün 20 milyon avro ödəməyə hazırdır.

Sebalyosun “Real Madrid”lə olan mövcud müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Qeyd edək ki, Dani Sebalyos geridə qalan 2023/24 mövsümündə İspaniya La Liqasında 23 matçda meydana çıxıb, lakin məhsuldar hərəkətlə fərqlənməyib.

Избранный
73
90deqiqe.az

1Источники