Ukraynanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının azərbaycanlı oyunçusu Ramik Hacıyev qol vurub.
Offsideplus.az xəbər verir ki, həmvətənimiz İspaniyada ABŞ U-19 yığmasına qarşı keçirilən matçda fərqlənib.
Hacıyev 41-ci dəqiqədə hesabı açıb.
Amerikalılar yalnız ikinci hissənin buraxılan topun əvəzini çıxa biliblər - 1:1.
Qeyd edək ki, 2005-ci ildə Bakıda doğulan Ramik hazırda Ukraynanın "Metallist 1925" klubunun şərəfini qoruyur.